Modern.az

Daşkəsəndəki qəzada 5 nəfər  yaralandı

Daşkəsəndəki qəzada 5 nəfər  yaralandı

Aktual

15 İyul 2017, 21:25

Daşkəsən-Gəncə yolunda baş vermiş avtomobil qəzasında xəsarət alanların adları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bunlar dövlət qeydiyyat nişanı "35-BS-441" olan "VAZ -2107" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Vüqar Qəmbər oğlu Məhərrəmov, maşında olan sərnişinlər, Daşkəsən rayon sakinləri - 1987-ci il təvəllüdlü Əntiqə Məhəmməd qızı Məmmədova, 1981-ci il təvəllüdlü Minayə Əhəd qızı Qurbanova və Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Xanlar Səfər oğlu Əhmədovdur.

Hadisə zamanı dövlət qeydiyyat nişanı "16-BL-305" olan "ZİL" markalı yük maşınının sürücüsü, Daşkəsən rayon sakini, Rövşən Bilal oğlu İsmayılov isə alın nahiyəsindən yüngül xəsarət alıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal