Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qəzadan sonra avtobusda yanğın olub.
Məlumata görə, yüksək sürətlə hərəkət edən avtobus çevrilib və sonra yanmağa başlayıb. Qəza nəticəsində 14 nəfər ölüb. Daha 26 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur. Faktla bağlı araşdırma aparılır.
Modern.az