Modern.az

Yevlaxda 10 yaşlı uşaq araqdan zəhərləndi

Yevlaxda 10 yaşlı uşaq araqdan zəhərləndi

Aktual

15 İyul 2017, 23:47

Yevlaxda 10 yaşlı uşağın zəhərlənməsi ilə nəticələnən zəhərlənmə hadisəsi baş verib. Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndindində keçirilən şənlik mərasimi zamanı baş verib. Belə ki, 2007-ci il təvəllüdlü Həsənov Sadiq Vasif oğlu doğmalarının əyləncə mənbəyinə çevrilib.

Şahidlərin etirafına görə, yaxınları uşağa əldə düzəldilmiş təqribən 12 qədəh araq içirdiblər. Halsız və huşsuz vəziyyətə düşən Sadiq Həsənov təcili xəstəxanaya çatdırılıb. Burada uşağın normadan artıq qəbul edilmiş keyfiyyətsiz spirtli içkidən zəhərləndiyi öz təsdiqini tapıb. Dərhal nəzarət altına götürülən zəhərlənmiş uşağa tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal