"Ey qafillər! Çanaqqala boğazını keçə bilmədiniz. İstanbul boğazını keçəcəyinizimi zənn etdiniz?". Modern.az xəbər verir ki, bunu Şəhidlər Körpüsündə çıxışı zamanı Türkiyə Baş naziri Binəli Yıldırım bildirib.
Baş nazir bildirib ki, şəhidlərin xatirəsinə körpünün Anadolu səmtində abidə inşa edilib: "Şəhidlik parkı saldıq. Bu parkda 250 ağac əkildi. Şəhidlərimizin xatirəsini yaşadacağıq. Liderimiz 15 iyulda meydana endi və gözü dönmüş xəyanətkarla fürsət vermədi. Alçaqları və xainləri sevindirməyəcəyik. 15 iyulu unutmadıq, unutdurmayacağıq”.
Modern.az