Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları iyulun 18-də keçiriləcək. Modern.az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası həmin gün səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.
Klubun rəsmi saytına istinadən xəbər verir ki, Boris Paiçadze adına stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandamızın bu matçı "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Modern.az