Modern.az

Salyanda "Niva" aşdı - FOTOLAR

Salyanda "Niva" aşdı - FOTOLAR

16 İyul 2017, 11:51

Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzində, A.Hüseynov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində iki avtomaşın toqquşub. 

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, Salyan şəhər sakininin idarə etdiyi “Mercedes-C” markalı avtomaşınla Neftçala rayon sakininin idarə etdiyi “NİVA”nın toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yolun kənarındakı suötürücüsünə düşüb və aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlar istismara yararsız hala düşüb.

 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal