Daxili İşlər Nazirliyi iyulun 17-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində baş vermiş zəncirvari qəza barədə məlumat yayıb. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi “Daevoo Gentra”, Hikmət Baxışovun idarə etdiyi “VAZ-2107”, Əlixan Babayevi idarə etdiyi “Daevoo” markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi “Volksvagen” markalı avtomobillər toqquşub. Nəticədə E.Babayev və sərnişini Sevinc Paşayeva hadisə yerində ölüblər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Modern.az