Modern.az

İmtahanda zəif nəticə göstərən müəllimlərin dərs yükü azalacaq? - Nazirlikdən AÇIQLAMA  

İmtahanda zəif nəticə göstərən müəllimlərin dərs yükü azalacaq? - Nazirlikdən AÇIQLAMA   

18 İyul 2017, 12:34

Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılıb.

 

Belə ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib. Elanda bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq. Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında deyib ki, foto həqiqəti əks etdirmir.

 

“Sosial şəbəkələrdə yayılan fotonun heç bir əhəmiyyəti yoxdur. Yanlış məlumatdır. Ümumiyyətlə, diaqnostik qiymətləndirmənin nəticələrində müəyyən qaydalar nəzərə alınır. Əvvəlki illlərdə olduğu kimi, bu il də belədir”.

 

Nazirliyin sözçüsü onu da qeyd edib ki, imtahanda iştirak etməyən müəllimlər üçün ayrıca diaqnostik qiymətləndirmə təşkil ediləcək.

 

“Bu və ya digər səbəbdən imtahanda iştirak etməyənlər müəllimlərin işə qəbulundan sonra onlar üçün ayrıca diaqnostik qiymətləndirmə keçiriləcək. Həmin imtahan prosesində onlar iştirak edə biləcək”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal