Modern.az

Dindən yazan jurnalistlər üçün müsabiqə elan edildi

Dindən yazan jurnalistlər üçün müsabiqə elan edildi

18 İyul 2017, 12:43

Dini Qurumlarla İş üzrə Dövlət komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə din sahəsindən yazan jurnalistlər üçün yazı müsabiqəsi elan edilib.

Modern.az xəbər verir ki, bu barədə “İslam Həmrəyliyi və Media" mövzusunda keçirilən konfransda  Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, müsabiqə avqust ayının sonunda yekunlaşacaq.

Qeyd edək ki, “İslam həmrəyliyi və media” konfransı Dini Qurumlarla İş üzrə Dövlət komitəsi və Mətbuat Şurası tərəfindən keçirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal