Modern.az

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etmək istəyən FHN əməkdaşı öldü

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etmək istəyən FHN əməkdaşı öldü

Aktual

18 İyul 2017, 16:28

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs ölüb. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Modern.az-ın məlumatına görə 76-cı məhəllə ərazisində kanalizasiya borusunu təmizləmək üçün ora enən şəxs dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşları hadisə yerinə gəliblər.

FHN əməkdaşları onu xilas etmək üçün kanalizasiya quyusuna ensələr də, onların həyatına təhlükə yaranıb. 

Nəticədə FHN-nin 1əməkdaşı qazdan boğularaq  ölüb, 3-ü isə zəhərlənib.

Zəhərlənən FHN əməkdaşları Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti hələlik ağır qiymətləndirilir.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal