Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda yeni görüşünə hazırlıq gedir.
Modern.az xəbər verir ki, bu barədə Vyanada jurnalistlərə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
“Mənə məlumdur ki, ATƏT-in həmsədrləri danışıqlar prosesini intensivləşdirməyə çalışacaq, Nyu-Yorkda xarici işlər nazirlərinin yeni görüşünə hazırlıq görəcəklər”.
O, bu danışıqların ən yüksək səviyyədə keçiriləcək görüşə hazırlıq mərhələsi olduğunu da deyib.
Vüqar İSMAYILOV