Gürcüstan hökuməti Mixail Saakavşilinin ekstradisiyası ilə bağlı 2 dəfə Ukraynaya müraciət edib.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hər 2 dəfəsində rəsmi Kiyev buna etiraz edib. Bu barədə Gürcüstanın Baş prokuroru Irakli Şotadze deyib.
“Biz ukraynalı həmkarlarımıza 2 dəfə müraciət edərək Saakaşvilinin ekstradisiyasını tələb etmişdik. Lakin hər iki dəfəsində rədd cavabı almışdıq. Çünki Ukrayna Konstitusiyası ölkə vətəndaşının üçüncü ölkəyə verilməsini qadağan edir”.
Vüqar İSMAYILOV