Modern.az

Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüb

Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüb

Aktual

19 İyul 2017, 18:37

Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Bu barədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan adlı erməni sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşıb.

 

Məlum olub ki, Yerevan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdiriliblər.

 

Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəmində Hadrutda yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit tabeliyindəki əmrləri icra etmədiyi üçün yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub.

 

Baş verən hadisələrin yerində araşdırılması məqsədilə polkovnik V.Şakaryanın rəhbərliyi ilə komissiya ön xəttə gəlib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal