Modern.az

Gəncədə intihara cəhdin qarşısı alınıb  

Gəncədə intihara cəhdin qarşısı alınıb   

Aktual

19 İyul 2017, 20:29

Gəncədə intihara cəhdin qarşısı alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

 

Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal