Modern.az

İrandan ölkəmizə narkotik gətirən şəxs tutuldu - VİDEO

İrandan ölkəmizə narkotik gətirən şəxs tutuldu - VİDEO

Aktual

19 İyul 2017, 22:44

Cəlilabad polisinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi saxlanılıb. Modern.az ARB-yə istinadən xəbər verir ki, Cəlilabad polisinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi saxlanılıb.

Rayon sakini Sidqi Novruzovun yaşadığı evə baxış keçirilib.

Baxış zamanı polis oradan xüsusi bağlamada 2 kq. 45 qram heroin, 505 qram çəkidə tiryək aşkar edərək götürüb.

Məlum olub ki, Sidqi Novruzov narkotik vasitələri İran İslam Respublikasından satış məqsədi ilə əldə edərək ölkə ərazisinə gətirib.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal