Modern.az

Evdən qaçan gəlinlə baldız tapılıb

Evdən qaçan gəlinlə baldız tapılıb

Aktual

19 İyul 2017, 23:25

İyulun 8-də Qaxda evdən çıxıb geri qayıtmayan 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılova tapılıb. Modern.az xəbər verir ki, onlar Bakıda tapılaraq ailələrinə təhvil verilib.

Qax RPŞ-dən verilən məlumata görə, hər iki şəxs evdəkilərə heç bir məlumat vermədən uşaqları ilə birlikdə evdən qaçıblar. Amma gəlinlə baldızın axtarışı ilk günlər nəticə verməyib.

Qohumlarının sözlərinə görə, bu müddət ərzində onlar Aynur İsmayılovanın bacısının evində qalıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal