Modern.az

41 nəfəri ilan, 3 nəfəri əqrəb sancıb

41 nəfəri ilan, 3 nəfəri əqrəb sancıb

21 İyul 2017, 11:59

Bu ilin 6 ayı ərzində dərmanla 241, dəm qazı ilə 133, kəskin allergik reaksiyalarla 67, sirkə turşusu ilə 52, spirtli içkilərdən zəhərlənən  56 nəfər Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə qəbul edilib.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

 

O bildirib ki, ilan sancmasından 41, əqrəb sancmasından isə 3 nəfər xəstə gətirilib.

 

Şöbə müdiri əlavə edib ki, bu ilin ötən dövründə iki nəfər sirkə turşusundan zəhərləndiyi üçün ölüb.

 

"Onlardan biri böyük dozada qəbul etdiyindən, digəri isə regiondan gec gətirdiklərinə görə həyatlarını xilas edə bilmədik. Sumqayıtda polietelin zavodunda zəhərlənən 11 nəfərdən bir nəfərin vəziyyəti ağlr olduğu üçün bizə gətirilib.

 

Müayinələrdən keçib və sutka yarımdan sonra özünə gəlib. Qazdan zəhərlənən 4 nəfər FHN əməkdaşından 3-ü evə buraxılıb, bir nəfərin isə müalicəsi davam edir".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal