Modern.az

Türkiyədəki zəlzələdə azərbaycanlılar xəsarət alıb? 

Türkiyədəki zəlzələdə azərbaycanlılar xəsarət alıb? 

21 İyul 2017, 13:02

Türkiyədə yaşayan vətəndaşlarımızın, eləcə də dincəlmək üçün Bodruma gələn azərbaycanlıların zəlzələ nəticəsində xəsarət alması ilə bağlı səfirliyə hər hansı məlumat daxil olmayıb.

Bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

“Heç bir pis xəbər yoxdur”,- deyə səfirlikdən məlumat verilib.

Qeyd edək ki, iyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Yunanıstanın Kos adasında binanın dağılması nəticəsində 2 nəfər həlak olub, 100 nəfər xəsarət alıb. Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib. Bəzi insanların xilas olmaq üçün özlərini binalardan yerə atdığı barədə xəbərlər yayılıb. Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb, Bodrumun bir hissəsini su basıb.

 

Modern.az

                                                                                                        

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal