Modern.az

“QHT təmsilçilərinə də ev verilməsi ictimai sektora dəstəkdir”

“QHT təmsilçilərinə də ev verilməsi ictimai sektora dəstəkdir”

21 İyul 2017, 13:00

“Azərbaycan Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilmiş hər iki binada çox sayda həm media, həm də QHT sektorunda fəaliyyət göstərən  şəxslərə ev verilib. Mən ilk növbədə yeni binadan ev sahibi olan bütün həmkarlarımı – həm mediaçıları, həm də qeyri-hökumət təşkilatları təmsilçilərini təbrik edirəm”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, Prezidentin sərəncamı ilə tikilmiş hər iki binada media sahəsində çalışanlarla yanaşı, QHT sektorunda fəaliyyət göstərən  şəxslərə ev verilməsi sevindirici haldır:


“Bəllidir ki, ölkəmizdə ictimai sektor medianın və qeyri-hökumət təşkilatları camiəsinin üzərində bərqərar olub. İctimai sektoru məhz bu iki institut təmsil edir. Bu mənada kütləvi informasiya vasitələri üçün tikilmiş binadan jurnalistlərlə yanaşı QHT rəhbərlərinə də ev verilməsi Azərbaycan Prezidentinin bu bütövlükdə ictimai sektora eyni dərəcədə önəm verməsinin təzahürüdür”.

A.Camalın fikrincə, cəmiyyətdə media və qeyri-hökumət təşkilatları bir-birini tamamlayan, bir-birinə  dəstək verən institutlardır:


“Bizim xeyli sayda həmkarlarımız var ki, həm media, həm də QHT-sektorunda aktiv fəaliyyət göstərir və bu fəaliyyəti uğurlu şəkildə koordinə edə bilir. Yeni istifadəyə verilmiş binadan həmin həmkarlarımızdan bir neçəsinin ev sahibi olması bizi iki qat sevindirdi. Ümid edirəm ki, Prezident tərəfindən nümayiş etdirilən bu stimul QHT-media əməkdaşlığının bundan sonra daha yaxından və effektiv şəkildə əməkdaşlığına, bir-birinə dəstək verməsinə zəmin yaradacaq”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal