Modern.az

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi açıldı  

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi açıldı   

21 İyul 2017, 15:22

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi fəaliyyətə başlayıb. Modern.az xəbər verir ki, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar -ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.

“Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa «1653» nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng edə bilərsiniz.

”Çağrı” mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək (fasilə 13:00–14:00) xidmət göstərir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal