Modern.az

PULU HƏR KƏS SAXLAYA BİLMİR

PULU HƏR KƏS SAXLAYA BİLMİR

Aktual

5 İyul 2017, 15:55

1924-cü ilin oktyabrında 29 ölkәnin әmanәt kassalarının nümayәndәlәri Milanda görüşüb özlәrinin ilk beynәlxalq konqresini keçirdilәr. Konqresin sonuncu günü – oktyabrın 31-dә italyan professoru Ravizza tәklif etmişdi ki, әmanәt banklarının birinci görüşünün xatirәsinә hәr ilin hәmin günü “Beynәlxalq әmanәt günü” kimi qeyd olunsun (ingiliscә: International Savings Day).

 

Elə həmin ildən etibarən bu tarix – 31 oktyabr dünyanın bir çox ölkəsində Əmanət Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanda da müxtəlif tədbirlərin keçirilməsi ilə qeyd olunur. Ötən ilin sonunda Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), Əmanətlərin Sığortalanması Fondu və bir sıra kommersiya bankları (Access Bank, UniBank, Beynəlxalq Bank, Dəmir Bank və Bank Respublika) “Maliyyə savadlılığı” layihəsi çərçivəsində “Beynəlxalq Əmanət Günü” ilə bağlı xüsusi aksiya keçirilib. Tədbirlərin Azərbaycanda keçirilməsinin məqsədi milli bank sektoruna inamın güclənməsi və əhalinin maliyyə savadlılığının artırılmasına xidmət edir. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu tədbir əsasən məktəb şagirdlərinə yönəlib.

 

Kampaniya çərçivəsində əhalinin maarifləndirilməsi tədbirləri Azərbaycan Banklar Assosiasiyası, Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, habelə bir sıra kommersiya bankları - Access Bank, AG Bank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, Pasha Bank, UniBank, RabitəBank və YapıkrediBank tərəfindən təşkil edilib.

 

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin inkişaf departamentinin direktoru Asif Cahangirov bildirib ki, aylıq çərçivəsində 9 bank tərəfindən 38 məktəbdə əmanət günü keçirilib. Banklar tərəfindən keçirilən maarifləndirmə təlimlərinə üç mindən çox məktəbli cəlb olunub. Şagirdlərə “Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası”, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi əks olunmuş köynəklər, papaq və çantalar paylanılıb. Regionlarda, o cümlədən Şəki, Quba, Şamaxı, Tovuz, Biləsuvarda da maarifləndirmə işi aparılıb. Mingəçevirə breyn-rinq, Qubada futzal yarışları keçirilib. Bu tədbirlərə 11 mindən çox şagird qatılıb. Bundan başqa, 25 bank filialında “Açıq qapı” günləri təşkil edilib.

 

Beynəlxalq Əmanət Günündə - pulun depozit kimi saxlanmasının üstünlükləri haqqında da məlumat verilib.

 

Әmanәt etmәk heç dә yalnız qәnaәt vә nәdәnsә imtina etmәk deyil! Pulu әmanәt edәrkәn SӘN 3 əsas üstünlük qazanırsan! Әmanәt etmәk - pul vәsaiti toplamaq demәkdir.

 

Müstәqillik – pul әmanәtin olsa, Sәn heç vaxt kimdәnsә borc pul istәmәyәcәksәn. Qәnaәt etdiyin hәr bir qәpik sәni daha müstәqil edir.

İnam – xoşbәxtlik pulda deyil, amma pul sәni daha sәrbәst edә bilәr. Әmanәt etdiyin pulla Sәn qabaqcadan görә bilmәdiyin hadisәlәrә daha hazırlıqlı olursan. Qәnaәt etdiyin hәr bir qәpik sәnin bu inamını daha da artırır!

 

Tәhlükәsizlik – әmanәt hesablarındakı pul oğurlana bilmәz, odda yanmaz, suda batmaz. Pul – banka әmanәt etdiyin pulun üstünә faiz gәlir. Әmanәt nә qәdәr uzun müddәtli olsa, qazancın da bir o qәdәr artar. Әmanәt etmәyә nә qәdәr tez başlasan, pulun da sәnә o qәdәr çox xidmәt edәr. “Vaxt puldur!” Әmanәtlәr sәnә müstәqil qәrar vermәyә, özünü inamlı hiss etmәyә vә sәrbәst olmağa kömәk edir

 

Bilirsiniz ki, pulun әsas 4 funksiyası var. Onun әsas funksiyaları - mübadilә vasitәsi (tәdavül), hesablaşma vahidi (tәdiyyә), yığım funksiyası vә ödәmә standartı (dәyәr ölçüsü)olmasıdır. İnflyasiya müәyyәn dövr әrzindә malların vә xidmәtlәrin olan qiymәtlәrinin ümumi sәviyyәsinin qalxmasıdır. Qiymәtlәrin ümumi sәviyyәsi artarkәn pulun hәr bir vahidinә alına bilәcәk mal vә xidmәtlәr azalır. Odur ki, inflyasiya hәm dә pulun alıcılıq qabiliyyәtinin düşmәsini әks etdirir – yәni tәdavül vә dәyәr ölçüsü kimi iqtisadiyyat daxilindә onun real dәyәri azalır. İnflyasiyanın әsas göstәricisi illik hesabda qiymәtlәrin ümumi әmsalının faizlә dәyişmәsidir. Mәsәlәn, qәzetdә yazılıb ki, inflyasiya 2% artıb. Sizin illik gәliriniz 6000 manatdır. Siz istәdiyiniz hәmişәki mәhsulları almaq üçün 2% daha artıq pul xәrclәmәlisiniz, yәni qazancınız 6120 manat olmalıdır.

 

Pul yığa bilmək heç də hər kəsin bacara bildiyi bir şey deyil. Yastıq altında saxladığınız pul nə qədər əlçatandırsa, onu xərcləmək bir o qədər yaxındır. Bu səbəbdən yaxşı olardı ki, pulunuzu banka əmanət edəsiniz. İndiki iqtisadi şərait insanların gözünü qorxudur. Lakin əmanət deyildikdə söhbət heç də milyon manatlardan getmir. Qazancınızdan çox kiçik bir məbləğ ayırıb pulunuzu yığa bilər və sonda hədəfinizə çatmış olarsınız. Bunun üçün bankların Yığım Əmanəti xidmətindən istifadə edə bilərsiniz.

 

Yığım Əmanəti növü sayəsində siz, minimal bir məbləğ ilə bankda depozit açmaq, daha sonra aylıq əlavələr etməklə həmin məbləği artırmaq imkanına malik olacaqsınız. Bəzi banklarda hər ay əlavə yatırım etmək mütləq tələb olunmur, amma müştərini stimullaşdırmaq üçün AccessBank və Unibank kimi banklar əlavə bonus faizlər təqdim edir. Yəni öncədən planlaşdırılmış şəkildə məbləği artırdıqda, siz əlavə 1-2% bonus faiz qazanırsınız.

 

Hesab edin ki, öz pulunuzu banka borc verirsiniz, bank isə bunun müqabilində sizə faiz ödəyir. Faiz gəlirlərini bankdan aylıq, rüblük, altı aylıq, illik və əmanət üçün müəyyən edilmiş müddətin sonunda götürmək imkanı vardır. Faiz gəlirləri əmanətinizin məbləğini artırır. Banklar isə depozit hesablarında olan pulları başqa şəxslərə (müştərilərə) borc vermək üçün istifadə edirlər.

 

ƏMANƏT QOYMAQ İSTƏRKƏN, NƏLƏRƏ DİQQƏT YETİRMƏLİ?

 

Sizə uyğun şərtləri seçin. Mәsәlәn, 1 il әrzindә pul yığıb kompüter almaq istәyirsinizsә, o zaman artırıla bilәn әmanәt növü daha uyğundur. Bu zaman Siz istәnilәn vaxt istәnilәn mәblәği ilk dәfә qoyduğunuz әsas vәsaitә әlavә edib gәlirinizi artıra bilәrsiniz. Amma unutmayın ki, әmanәt müqavilәsinin şәrtlәri nә qәdәr dәyişkәn olsa, ona verilәn faiz gәliri bir o qәdәr aşağı olur.

 

• Sizə daha uyğun valyutada əmanəti seçin. Mәsәlәn, Siz Parisә sәfәr üçün pul yığmaq istәyirsinizsә, o zaman әmanәti Avroda açmaq sәrfәli olar.

 

• Ən sərfəli şərtlər təklif edən və etibarlı olan bankı seçin. Bunun üçün, müxtәlif bankların әmanәt şәrtlәrini müqayisә edin. Bu şәrtlәri әldә etmәk üçün bir neçә mәlumat mәnbәsinә müraciәt edin

 

Әmanәt - eyni zamanda bankda saxlanmağa verilәn pul vәsaitlәridir. Bu vәsaitlәr әmanәtçiyә müәyyәn müddәtdәn sonra gәlir qazandırır.

 

Əlavə pul – yəni bankda saxlanmağa verilən pul vəsaitinin üzərinə gələcək faiz;

Pulunuzu geri götürmək imkanı – vəsaitinizi istədiyiniz zaman bankdan geri götürüb әmanәt müqavilәsini lәğv edә bilәrsiniz. Nümunә: Mәsәlәn, әgәr Siz banka 2 300 manat mәblәğindә, 6 ay müddәtinә illik 7%-lә әmanәt yerlәşdirmişsinizsә, o zaman 6 aydan sonra Siz öz әmanәtinizi vә onun üzәrinә әlavә olunan faizi götürә bilәrsiniz. Belәliklә, 6 ay әrzindә 80,5 manat qazanmış olursunuz.

 

Faiz dərəcəsi – bankın sizə müntəzəm olaraq ödəməyi öz öhdəsinə götürdüyü məbləğin sizin əmanətinizin məbləğinə olan nisbətidir. Faiz dərəcəsi həmişə faiz (%) ilə və illik əsasda ifadə edilir. Əgər bank müddətli əmanət üzrə sizə müəyyən bir faiz dərəcəsi vəd edibsə, onda əmanətin müddəti başa çatana qədər bank, bu faiz dərəcəsini dəyişdirə bilməz. Faiz iki üsulla hesablana bilər: sadə faiz və mürəkkəb faiz. Sadə faiz hesablandıqda əmanətin başlanğıc məbləği baza kimi götürülür. Mürəkkəb faizin hesablanması zamanı isə əmanətin faizlə birlikdə yaranmış məbləği baza kimi qəbul edilir.

 

Ən sadə əmanət növü – müddətsiz əmanətdir. Bu əmanətin müddəti yoxdur və siz pulunuzu istədiyiniz vaxt əmanət hesabınızdan götürə bilərsiniz. Adətən əmək haqqı və ya təqaüdlər məhz belə bir hesaba köçürülür. Lakin, bu əmanətlər üzrə faiz dərəcəsi bir qayda olaraq aşağıdır. Bu səbəbdən yığdığınız pul üçün əmanətin digər növü olan müddətli əmanət hesabından istifadə edə bilərsiniz.

 

Əmanət qəbul etmək hüququ olan bankda müddətli əmanət hesabı açdırmaq mümkündür. Pulunuzu hesabınıza köçürürsünüz, sonradan isə onu və ya faizləri, bilavasitə bankdan alır, yaxud da bankomat vasitəsilə istifadə edirsiniz.

Gəlirləri əməkhaqqıdan asılı olan adamlar üçün yığım depozitləri çox gözəl imkan verir. Siz minimal bir məbləğ ilə bankda depozit açır, daha sonra aylıq əlavələr etməklə həmin məbləği artırırsınız. Məsələn, 500 manatla depoziti açır və hər ay əməkhaqqınızdan 100 manat ayırıb, həmin məbləğə əlavə edirsiniz. Həmçinin əlinizə digər vəsait düşəndə də onu depozitinizin üstünə qoyursunuz. Depozitin müddətinə uyğun olaraq, həm ilk qoyduğunuz məbləğə, həm də əlavə yatırımlara faizlər hesablanır.

 

Nələrə daha çox fikir verməlisiniz:

• 1.İlkin depozit məbləği (əlinizdə nə qədər pul var)

• 2. Depozit faizləri ( 1 illik faiz nə qədərdir?)

• 3. Əlavə yatırımlarla bağlı şərtlər:

• 3.1. Ay ərzində neçə dəfə yatırım etmək olar?

• 3.2. Yatırımın maksimal və ya minimal məbləği

• 3.3. Yatırımlara nə qədər faiz hesablanır

• 3.4. Hansı müddətdən sonra yatırım etmək olmaz

• 4. Depozitin sığortalanması

• 5. Depozit əsasında kredit şərtləri

• 6. Depoziti vaxtından əvvəl götürdükdə faizlər

 

Bütün bu şərtlərin hər biri haqqında geniş danışmaq olar. Amma siz əsas nəzərə almalısınız ki, yığım əmanəti pulları yığaraq artırmaq üçün nəzərdə tutulan bil alətdir, ona görə bu zaman faizləri rüblük və ya aylıq götürmək haqqında düşünməyə dəyməz.

 

Əgər əlinizdə böyük məbləğ yoxdursa, onda minimal məbləğlə aşağıdakı banklarda yığım depoziti aça bilərsiniz. Həmçinin ay ərzindəki yatırımlarınızın məbləğinə diqqət yetirin (bəzi banklara hər ay əlavə yatırım etmək mütləq tələb olunmur, amma müştərini stimullaşdırmaq üçün AccessBank və Unibank kimi banklar əlavə bonus faizlər təqdim edir. Yəni öncədən planlaşdırılmış şəkildə məbləği artırdıqda, siz əlavə 1-2% bonus faiz qazanırsınız.

//www.youtube.com/watch?v=MwjaNOPzK3M

 

Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər