Modern.az

4 əsrlik tarixi olan, 10 ailənin yaşadığı kənd məhv olur… - Unudulmuş Sarıbaşdan REPORTAJ

4 əsrlik tarixi olan, 10 ailənin yaşadığı kənd məhv olur… - Unudulmuş Sarıbaşdan REPORTAJ

Aktual

24 İyul 2017, 15:15
Qax rayonunun Sarıbaş kəndi XVI əsrin ortalarında Dağıstandan köçüb gələn Mısafırar tayfalarından olan saxur ailələrinin məskunlaşması ilə yaranıb.
 
 
Modern.az BakuPost.az-a istinadən xəbər verir ki, kənd Kürmük çayının sahilində, dağ ətəyindədir. 
 
Əsrlərdir, kənd əhalisi bütün çətinliklərə baxmayaraq Sarıbaşda yaşamağa, tarixi yaşatmağa çalışır. Lakin illər keçdikcə kəndin yol infrastrukturu bərbad hala düşüb. 
 
Zamanla kənd əhalisinin əksəriyyəti Cəlayir kəndinə köçüb. Hazırda kənddə barmaqla sayılacaq qədər – 10-a yaxın ailə yaşayır. 
 
Əsasən qış fəslində çətinliklə üzləşən kənd camaatı yolun bərpa edilməsini, tarixin məhv olmasına icazə verilməməsini xahiş edir.
 
Sarıbaşla bağlı daha bir maraqlı məqam isə oğuz türklərinin təmiz türkcəsi yalnız bu kənd əhalisi tərəfindən yaşadılır.
 
BakuPost.az fotomüxbir Vüqar İbadovun kənddən hazırladığı reportajı təqdim edir:
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal