Modern.az

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin  

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin   

24 İyul 2017, 17:57

Daxili İşlər Nazirliyi bəyan edib ki, son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan  borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün müraciətlər daxil olur. 


Xatırladaq ki, bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.


Cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan  borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.


Bunun üçün DİN-in mia.gov.az (//mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

 

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal