Modern.az

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində

25 İyul 2017, 16:55

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

 

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.

 

Ümumilikdə “Tank biatlonu” müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.

 

Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal