Modern.az

XİN Pakistandakı terror aktını pislədi 

XİN Pakistandakı terror aktını pislədi 

25 İyul 2017, 17:59

Azərbaycan Pakistanın Lahor şəhərində törədilən terror aktını pisləyir və həlak olanların və yaralıların ailələrinə, həmçinin bütün qardaş Pakistan xalqına dərin başsağlığı verir.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün Pakistanın Pəncab vilayətində partlayış baş verib. Vilayətin Lahor şəhərində tərəvəz bazarının girişində baş vermiş partlayış nəticəsində 9-u polis olmaqla 26 nəfər ölüb, 49 nəfər yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal