Modern.az

Pakistanda vəhşilik - 20 nəfər 16 yaşlı qızı zorlayıb  

Pakistanda vəhşilik - 20 nəfər 16 yaşlı qızı zorlayıb  

27 İyul 2017, 09:12

Pakistanda törədilən bir dəhşətli hadisə bütün ölkədə səs-küyə səbəb olub.

Modern.az saytı xəbər verir ki, BBC-nin məlumatına görə, Pakistanın Multan ərazisində 20 nəfər birləşərək 16 yaşlı qızı zorlayıblar. Onlar bu iyrənc əməli qisas almaq məqsədilə düşmənçilk zəminində ediblər. Və onları bu əmələ kənd Ağsaqqalarının Məsləhət Şurası təhrik edib.

Şura bildirib ki, 12 yaşlı qız gənc əmisi oğlu tərəfindən zorlanıb. Bunun müqabilində həmin oğlanın 16 yaşlı bacısı zorlanmalıdır...

Hökm icra olunub. 16 yaşlı qız onlarla insanın gözü qabağında zorlanıb...

Qohumlar arasında baş verən bu olay Pakistanda geniş əks-səda verib. 16 yaşlı qızı dalbadal zorlayan 20 nəfər həbs olunub. İndi onları mühakimə gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu