Modern.az

Deputatın obyektindəki partlayışla bağlı rəsmi məlumat yayıldı  

Deputatın obyektindəki partlayışla bağlı rəsmi məlumat yayıldı   

Aktual

28 İyul 2017, 11:52

Daxili İşlər Nazirliyi Lerikdəki quşçuluq müəssisəsində baş vermiş hadisə barədə məlumat yayıb.


Modern.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb. Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.


Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.    

Xatırladaq ki, partlayışın baş verdiyi müəssisənin Milli Məclisin deputatı İqbal Məmmədova məxsus olduğu bildirilir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu