Modern.az

İş adamından Aslan İsmayılova CAVAB

İş adamından Aslan İsmayılova CAVAB

Aktual

28 İyul 2017, 13:00

Aslan İsmayılov öz eybinə kor olmalıdır!


Azərbaycan xalqı tarix boyu namərdliklərdən əziyyət çəkib. Ölkəmizin yerləşdiyi coğrafi məkan, yadelli düşmənlərin sərvətimizdə gözü olması, millətimizin qüdrətindən çəkinməsi həmişə xarici qüvvələrin yurdumuzda özünə bağlı qüvvə axtarmasını və onu bəsləməsini şərtləndirib. Nə yazıq ki, içərimizdə maddi mənfəət üçün bu daxili parçalama siyasətinə boyun əyən səhlsumbatlar da, keçəlhəmzələr də az olmayıb. Bugünkü terminlərlə desək, rusun, farsın, erməninin 5-ci kolonları isə daxili təxribat əməllərinə haqq qazandırmaq milli dona bürünüb, Şah İsmayıl Xətainin təbirilə desək, “yol daşını yol quşuna” atmaqdan çəkinməyiblər.
Ürəkağrıdıcı olduğu qədər, həm də qürurvericidir ki, dünənin səhlsumbatlarının davamçıları bu gün məni hədəf seçiblər. Bu, ilk növbədə, onların ağalarının mənə verdiyi dəyərin göstəricisidir. Görünür, ölkəmizin milli iqtisadi dirçəliş hədəflərində mənim kimi iş adamlarının xidməti özümüzünkülərdən çox, xarici düşmənlərimiz tərəfindən daha düzgün qiymətləndirilir, Azərbaycanın qeyri-neft sektorunun formalaşmasında milli qüvvələrin sıradan çıxarılması istiqamətində mütəmadi fəaliyyət göstərilir.
Mən şəxsən, Aslan İsmayılovun utanmadan və usanmadan üzərimə gəlməsini xarici qüvvələr tərəfindən proqramlaşdırılmış fəaliyyət hesab edirəm. Çünki adını hüquqşunas qoymuş bu adam bütün qanuni aktları heçə sayaraq, haqqımda olmazın sözləri tirajlayır, məni təhqir etməkdən çəkinmir. Sözsüz ki, onu buna vadar edən hansısa qüvvə mövcuddur və fikrimcə, ağzından çıxartdığı həmin fikirlər heç də öz vicdanında yaranan hislərlə bağlı deyil. Əvvəla, bir fikrin bir vicdandan törəməsi qüçün, ilk növbədə həmin orqanizmdə vicdanın olması lazımdır. Nə yazıq ki, bu adamda həmin nəsnədən əsər-əlamətin olmadığı sezilir. Onun ağzından çıxan hədyanlar, facebook dostlarına keçdiyi “şərəf və ləyaqət dərsləri”ndə istifadə etdiyi kəlmələr mənim fikirlərimi dəstəkləyir. Şəxsən mən 50-yə yaxın yaşımda heç vaxt görməmişəm ki, şərəfli bir adam başqasını şərəfsizlikdə günahlandıra. Özü də kiminsə haqsız iqtisadi mənfəəti naminə. Bu yerdə İmam Cəfəri Sadıqın gözəl bir sözü yada düşür. “Dünyanın ən bədbəxt adamları o hüquqşunaslardır ki, kimlərinsə bu dünyası uğrunda özlərinin o dünyasını hərraca çıxarırlar”. Bəli, bir erməni şirkətinin haqsız tələblərinə vəkil edən Aslan İsmayılov da böyük imamımızın tənqid hədəfinə çevirdiyi belə şəxslərdəndir.


Mən qətiyyən Aslan İsmayılovun “Emre Piliç”-ə vəkillik etməsini qınamıram. Adam vəkildir, kimi istəyərsə, onu müdafiə də edə bilər. Hətta ən qatı cınayətkarların da vəkilə ehtiyacı var və istər qanun, istərsə ictimai vicdan bunu normal qarşılayır. Mən də həmçinin.


Üstəlik, həmin erməni şirkətiylə hüquqi mübahisədə haqsız tərəf olmadığıma görə, nəinki Aslan, hətta dünyanın ən böyük vəkillərinin qarşısında da özümü müdafiə etməyə hazıram. Lakin Aslan İsmayılovun öz vəkillik fəaliyyətində hüquqdankənar ritorikalardan istifadə etməsi, qurşaqdan aşağı zərbə vurmaq cəhdləri başadüşülən deyil. Dünyanın heç bir vəkili öz müvəkkilinin haqsız tələbləri naminə qarşı tərəfin ünvanına təhqiramiz ifadələrdən istifadə etməz, etməməlidir. Bunun üçün ilk növbədə özünün mənəvi dəyərlərini itimək tələb olunur. Odur ki, hər dəfə bu adamın təhqiramiz statusları qarşılaşanda bir şeyə əmin oluram: Aslan İsmayılov ayna qabağında çox dayanır və hər dəfə öz simasına nəzər salanda onun daxilində status yazmaq istəyi baş qaldırır. Axı adətən, meymunlar güzgüyə baxanda öz adlarını başqalarına qoyurlar. Bax, mənim ən çox yandıran da budur - Aslanın “öz adımı sənə qoyaram, səni yana-yana qoyaram” fəlsəfəsi.


Aslan İsmayılova haqqımda təhqiramiz sözlər yazmamışdan qabaq, dönüb indiyədək keçdiyi həyat yoluna nəzər salmasını məsləhət görərdim. Əminəm ki, həmin keçmiş ona kimin kim olduğunu tam anlamıyla başa salacaq, xatırladacaq. Əlbəttə, əgər onda vicdan deyilən nəsnədən zərrə qədər əsər-əlamət qalıbsa...


Ünvanıma təhqiramiz sözlər göndərməsinə baxmayaraq, mən bu adama keçmişini xatırlatmaqda kömək etmək istəyirəm. Çünki mənim atalarımın ərsəyə gətirdiyi ən dəyərli sözlərdən biri budur: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Mən də ona bu ərliyi göstərmək arzusundayam.


Aslan İsmayılov, əgər xatırlayırsınızsa, haqqında kitab yazıb, tərcümə etdirmədiyiniz dil qoymadığınız Sumqayıt hadisələrindən sonra keçmiş sovet imrepializmi sizi bu hadisəni istintaq etmək üçün Rusiyadan Azərbaycana göndərdi. Başqa sözlə desək, siz rus imperializminin dövlət ittihamçısı kimi bu prosesdə yer aldınız. Apardığınız istintaqın nəticəsində isə 4 adama ölüm cəzasl istədiniz. Onlardan yalnız biri erməni, digərləri isə azərbaycanlı idi. Hətta indi özünüz də etiraf edirsiniz ki, həmin hadisəni təşkil edən məhz erməni Qriqoryan idi. Niyə o zaman bu işin təşkilatçısı ilə icraçıları arasında fərq qoymur, hər kəsə eyni cəzanı tələb edirdiniz? Niyə həmin erməni təxribatının arxasında dayanan qüvvələri faş etməyə çalışmır, Sumqayıtdakı bir neçə icraçını (hələ onların icraçı olub-olmadığı da qaranlıqdır) cəzalandırmaqla işi yekunlaşdırmaq istəyirdiniz? SSRİ kimi imperialist bir qüvvənin dövlət ittihamçısı olmaqdırmı sizin şərəf anlayışınız? Bu böyük cinayəti öz ölkəsinin övladlarının adına yazmaqdan ibarətdirmi sizin şərəfiniz?


Aslan İsmayılovun Azərbaycan xalqının milli maraqlarına qarşı yönələn bu cür bəd əməlləri yalnız Sumqayıt hadisələriylə yekunlaşsaydı, bəlkə bunu məcburiyyətdən atılmış addım saymaq olardı. Sonrakı bir çox proseslərdə də bu adam həmişə dövlətçilik mənafelərinə zidd mövqelərdə dayanmış, ölkəmizin rəsmi şəxslərini qaralamaqla məşğul olmuşdur. Onun böyük dövlət təcrübəsi olan, ağsaqqal Ramiz Mehdiyevə, Prezident Aparatının ən aparıcı şəxslərindən biri Əli Həsənova qarşı apardığı qara-piar kampaniyası da yaddaşlardan silinməyib. Eynilə deputat Qüdrət Həsənquliyev, Milli İstiqlal Partiyasının lideri və qurucusu Etibar Məmmədov da onun əsas hədəflərindəndir. Bütün bu şəxslərin keçdiyi yola nəzər salanda Aslan İsmayılovun bütün cəbhələrdən dövlətçiliyimizə qarşı hücuma keçməsi təsadüfi görünmür.


Sual oluna bilər: Bəs, mən niyə onun mənfur hücumlarının hədəfinə çevrilmişəm?


Bu müəmmaya yazımın ilk sətirlərində bəzi aydınlıqlar gətirmişəm. Azərbaycanın qeyri-neft sektorunun inkişafını prioritet məsələyə çevirdiyi indiki dövrdə, sözsüz ki, mənim kimi iş adamları əslində Cənab Prizedentimizin hədəf olaraq seçdiyi istiqamətdə irəliləyirlər. Bu gün mənim və digər həmkarlarımın kənd təsərrüfatı sektorunun inkişafına sərf etdiyimiz əmək tədricən öz bəhrəsini verir. Ölkəmizin qida təhlükəsizliyi tamamilə yerli məhsullarımızın hesabına təmin olunur. Əslində Aslan İsmayılovun vəkilliyini etdiyi “Emre Piliç”i də ən çox narahat edən budur. Eynu narahatlığı Rusiya və İranın damazlıq yumurta istehsal edən şirkətləri də bölüşürlər. Çünki Azərbaycan onlar üçün bu zamanadək ən yaxşı bazarlardan biri idi. Bizim - mənim və həmkarımın sayəsində artıq Azərbaycan bu bazarı yerli istehsal gücünə çevirir. Sözsüz ki, onlar bu fəaliyyətimizi dayandırmaq üçün özlərinin məkrli siyasətlərini ortaya atır və bizə qarşı yerli səhlsumbatlarımızdan istidafə etməyə çalışırlar. Aslan İsmayılovun öz vəkillik fəaliyyətini aşan metodlarla üzərimə gəlməsinin altında yatan ən mühüm səbəb məhz bununla bağlıdır.
Erməni-rus silahına çevrilən bu adam yadelli məkrə boyun əyərkən, heç olmasa öz nəslinin-nəcabətinin bu torpaqla bağlı olduğunu utunmamalıdır. Unutmamalıdır ki, çörəyini yediyi ermənilər ona bu iltifatlarını qara qaşına, qara gözünə aşiq olduqları üçün etmirlər. Baxmayaraq ki, erməni çörəyinin hesabına ölkənin ən bahalı restoranlarına övladına toy edir, övladlarını xaricdə saxlayır, bir nov öz ailəsinin taleyini Azərbaycandan kənar qüvvələrə bağlayır, bununla belə, öz missiyasını tamamladıqdan sonra onun da faciəsi başlaya bilər. Necə ki, səhlsumbatların heç biri viran qoyduqları vətənlərinin hərracı hesabına əldə etdikləri sərvəti axıra qədər qoruya bilməyiblər. Heç uzaq tarixə getməyək, SSRİ özünün ən böyük xidmətçiləri olan Əliheydər Qarayevi, Mircəfər Bağırovu da sona qədər gözünün üstündə saxlamadı. Missiya bitdikdən sonra onların da taleyi qara günə qoyduqları vətənləri kimi faciə ilə nəticələndi.


Düşmən dürməyinə yağ olan bu adam düşünməlidir ki, mən – Mürvət Həsənli bu gün 450 adamı işlə, deməli həm də bu qədər ailəni çörəklə təmin edən iş adamıyam. Mənim qazandığım və qazandırdığım o çörək səhlsumbatların yediyi çörək kimi haram yolla bişirilməyib. Halallıqla, alın təriylə yoğrulub və Azərbaycan bu halal iqtisadi fəaliyyətin hesabına öz ayaqları üzərində dayanacaq. Səhlsumbatlar, təbii ki, bunu anlamazlar. Onlar üçün vətən satqınlıqlarının hesabına əldə etdikləri cah-cəlallı evlərdə başlayıb, xaricdə kef çəkdikləri məkanlarda qurtarır.


Aslan İsmayılovda özüylə məni bir tərəziyə qoyub kimin bu ölkəyə nə qədər xeyir və zərər verdiyini müəyyənləşdirsin. Mənim haqqımda hədyanlar danışmaqdansa öz əməllərinə nəzər salsın. Görsün, kim başqalarına atıb?
Türkiyəli bir iş adamı Azərbaycan mediasına verdiyi bir açıqlamada konkret faktlarla Aslan İsmayılovun gürcü dostlarıyla birləşib ona 40 min dollar atdığını bildirirdi. Maraqlıdır ki, Aslan İsmayılov bu faktı inkar etməmiş və guya gürcü dostunun onu da aldatmasıyla özünə haqq qazandırmışdı. Üstündən az müddət keçəndən sonra isə o, öz oğlunun bahalı toyunu etmişdi. Özü başqasına 40 min dollar borclu olduğu halda, bunu qaytarmaq əvəzinə, həmin pulun bir neçə mislinə toy etmək ancaq vicdan hissini itirmiş şəxslərə aid ola bilər. Aslan İsmayılov heç olmasa öz eybinə kor olmağı bacarmalıdır. Onun indiyə qədərki keçmişi isə bu eyiblərlə doludur. Məni bu keçmişi daha artıq incələməyə sövq etməklə, işimdən-gücümdən ayırmasın. Axı mən onun kimi, təkcə özümü yox, sahib olduğum iş yerlərində çalışan hər kəsi, onların və açmaq istədiyim yeni iş yerlərində alın təri tökərək ölkəsini çiçəkləndirməyə səy göstərənlərin timsalında bütün Azərbaycanı düşünürəm. Səhlsumbatlar barı bizim kimi iş adamlarını bu müqəddəs işdən ayırıb öz məkrli əməllərinə ortaq eləməsinlər. Baxmayaraq ki, onların həyati missiyaları da məhz bundan ibarətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu