Azərbaycan Kooperasiya Universitetində qəbul Dövlət İmtahan Mərkəzinin qəbul etdiyi müvafq qəbul qaydalarına uyğun olaraq I,II,III,IV ixtisas qrupları üzrə aparılır. Universitetdə bütün ixtisaslar üzrə illik təhsil haqqı 1500-2000 AZN (yalnız Maliyyə ixtisası-2500 AZN) arası nəzərdə tutulub.
Azərbaycan Kooperasiya Universitetinin 8 fakültəsində 19 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.
Qeyd edək ki, 19 ixtisasdan 6-na qəbul 150 balla həyata keçirilir və fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Universitetə qəbul aparılan bütün ixtisaslar üzrə keçid balları və illik təhsil haqqı aşağıda göstərilib:
1. Tərcümə (ingilis dili üzrə) (keçid balı – 200; təhsil haqqı – 2200 AZN)
2. Dünya iqtisadiyyatı (keçid balı – 200; təhsil haqqı – 2000 AZN)
3. Mühasibat uçotu və audit (keçid balı – 200; təhsil haqqı – 2300 AZN)
4. Maliyyə (keçid balı – 200; təhsil haqqı – 2500AZN)
5. İqtisadiyyat (keçid balı – 200; təhsil haqqı – 2000 AZN)
6. Sənayenin təşkili və idarə olunması (keçid balı – 200; təhsil haqqı – 2000 AZN)
7. Menecment (keçid balı – 200; təhsil haqqı – 2000 AZN)
8. Marketinq (keçid balı – 150; təhsil haqqı – 2000 AZN)
9. Biznesin idarə edilməsi (keçid balı – 200; təhsil haqqı – 2000 AZN)
10. Dövlət və bələdiyyə idarəetməsi (keçid balı – 200; təhsil haqqı – 2000 AZN)
11. Kommersiya (keçid balı – 150; təhsil haqqı – 1800 AZN)
12. Riyaziyyat (keçid balı – 200; təhsil haqqı – 1500 AZN)
13. Coğrafiya (keçid balı – 200; təhsil haqqı – 1800 AZN)
14. Ekologiya (keçid balı – 150; təhsil haqqı – 1600AZN)
15. Qida məhsulları mühəndisliyi (keçid balı – 200; təhsil haqqı – 1600 AZN)
16. Çoxişlənən malların texnologiyası mühəndisliyi (keçid balı – 150 ; təhsil haqqı – 1600AZN)
17. İstehlak malların ekspertizası və marketinqi (keçid balı – 150; təhsil haqqı – 1600 AZN)
18. Metrologiya, Standartlaşdırma və sretifikasiya mühəndisliyi (keçid balı – 200; təhsil haqqı – 1600 AZN)
19. Turizm və otelçilik (keçid balı – 150; təhsil haqqı – 1800 AZN).
Universitetə qəbul olduqdan sonra dərs ili ərzində tədris olunan bütün fənnlər üzrə qiymət göstəriciləri ƏLA olan tələbə illik təhsil haqqından TAM AZAD OLUNUR və aylıq 100 AZN təqaüd verilir.
Azərbaycan Kooperasiya Universiteti
Ünvan: Nəcəf Nərimanov, 93
Tel: (+994 12) 562 85 17
Faks: (+994 12) 561 29 72
E-mail: [email protected]
Web: aku.edu.az