Modern.az

Ukraynada ermənilərlə azərbaycanlı iş adamı arasında QARŞIDURMA

Ukraynada ermənilərlə azərbaycanlı iş adamı arasında QARŞIDURMA

Aktual

28 İyul 2017, 16:36

Ukraynanın Lvov vilayətinin  Truskavets  şəhərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı Fuad Kərimov ilə ermənilər arasında qarşıdurma baş verib. 

 

Bu barədə Modern.az-a biznesmenin özü məlumat verib. O qeyd edib ki, sözügedən şəhərdə iki restoranın sahibidir: ““Ukaze” restoranı 3 ay, “Sultan” restoranı isə 1 il yarımdır ki, fəaliyyət göstərir. Özüm isə 4 ay yarımdır ki, orada yaşayırdım. 

 

Təxminən 20 gün əvvəl ermənilər “Sultan” restoranında toy etmək üçün bizlə danışmağa gəldilər. Dedilər ki, sizə  yaxşı məbləğdə pul verəcəyik. Amma şərtimiz odur ki, Azərbaycan və Türkiyənin bayrağını restoranın girişindən çıxarasınız. Biz  buna etiraz etdik. Aramızda münaqişə yarandı. Daha mədəniyyətsiz formada bizlə danışıq apardılar. Ondan sonra bəzi adamlar vasitəsilə bizə təzyiq etməyə başladılar. Üstümüzə kriminal aləmin adamlarını göndərdilər.

 

Mən də ordakı dostlarıma müraciət etdim, bizə kömək etdilər. Əvvəlcə dedilər ki, bu siyasi məsələdir, onu niyə restorana qatırsız. Rusiya və Ukrayna məsələsini onlara başa saldım. Vəziyyəti anladılar və bir də biz tərəfə yaxınlaşmadılar. 

 

Bir həftə bundan qabaq isə,  banket zalında yemək yeyərkən erməni müştərinin biri  dostları ilə “Moy armeniya” mahnısı qoyub rəqs etməyə başladılar. Mən də rəqs elədikləri yerdə mahnını saxladım və əvəzində Rəşid Behbudovun “Azərbaycan” mahnısını qoydum. Mənimlə mübahisə etməyə başladılar. Elə situasiya yaratdılar ki, guya onlar oynadığı yerdə mahnını kəsmişəm və mahnının mahiyyətinin məsələyə aidiyyatı yoxdur. Soruşdular ki, azərbaycanlıyam? Cavab verdim ki, məgər bunu restorana girəndə görmürsünüz? Bütün dizaynda Azərbaycan elementləri əks olunub, yeməklər millidir və.s. Üzr istədilər və çıxıb getdilər. 

 

Həmin hadisədən sonra münaqişə ilkin olaraq böyümək üzrə idi. Elə adamlar zəng edirlər, soruşurlar ki, nə məsələdir? Ona görə də şəhərdən uzaqlaşıb Bakıya qayıtdım. Bir həftədən sonra yenə də işimin başına qayıdacam”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu