Modern.az

Keçid ballarında yanlışlıq - Abituriyentlərin NƏZƏRİNƏ         

Keçid ballarında yanlışlıq - Abituriyentlərin NƏZƏRİNƏ         

Aktual

28 İyul 2017, 16:49

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) keçid ballarındakı yanlışlıqla bağlı məlumat yayıb. Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib. Jurnalda UNEC-lə bağlı yanlışlığa yol verilib:

 

Biznesin idarəedilməsi, tədris türk dilində, əyani, 600 (600) bal;

 

Biznesin idarəedilməsi, tədris ingilis dilində, əyani, 318 (580) bal.

 

“Ali təhsil müəssisələrinə ixtisas seçiminin başladığı mərhələdə abituriyentlərin diqqətinə çatdırmaq istəyirik ki, ötən il biznesin idarəedilməsi ixtisasına ingilis dilində tədris üçün keçid balı 600, türk dilində tədris üçün isə 318 (580) olub”,- UNEC bəyan edib.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu