Modern.az

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİLİKLİK

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİLİKLİK

Aktual

28 İyul 2017, 17:26

Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, bu, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədardır:

 

“Avqustun 1-dən avqustun 11-nədək-10 (on) gün müddətinə - Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz”.

S.Qədirova qeyd edib ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu