Modern.az

Cəbhə xəttində daha bir erməni hərbçisi ölüb

Cəbhə xəttində daha bir erməni hərbçisi ölüb

Aktual

28 İyul 2017, 23:27

Ermənistanın Tavuş rayonunun Noemberyan kəndində yerləşən hərbi mövqelərindən birində müddətdən artıq xidmət edən hərbçi ölüb. Modern.az "Report"a istinadən xəbər verir ki, Tavuşun Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silah yarasından keçinib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan təsdiq edib. Hərbçinin hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu