Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Arzu Namazov tutulub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş A.Namazov münaqişə zəminində həyat yoldaşı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.
A.Namazov Ağsatafa RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 28-də Neftçala rayonunun Xolqarabucaq kəndində ruhi xəstə Əlibala Səfərov evində ögey anası Bahar Mərdiyevanın boğaz, çiyin və digər nahiyələrinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.
Ə.Səfərov Neftçala RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.