Modern.az

"Jalə" şirkətinin yük maşını aşdı - 20 min manatlıq qablar qırıl

Aktual

29 İyul 2017, 14:01

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un məlumatına görə, Bakı-Astara magistralının Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, Lənkəran rayon sakini Abbas Nurullayevin idarə etdiyi "Jalə" şirkətinə məxsus qoşqulu yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücünün verdiyi məlumata görə, yük yerində ümumi dəyəri 20 min manat olan boş şüşə qablar sınaraq yararsız hala düşüb. 

Qəzaya avtomobilin təkərinin partlaması səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama