Modern.az

Rusiya millisi Bakıda atıcılıq üzrə Avropa çempionatının qalibi oldu

Rusiya millisi Bakıda atıcılıq üzrə Avropa çempionatının qalibi oldu

29 İyul 2017, 14:59

Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında Rusiya millisi yeniyetmələr arasında 25 metr məsafəyə tapança ilə atəş açma yarışında 1715 xal toplayaraq çempion olub.

Modern.az-ın məlumatına görə, qızıl medalı Rusiya millisinə Daniil Şıxov, Eqor İsmakov, Aleksandr Petrov qazandırıb.

Ukrayna yığması 1713 xalla ikinci yeri tutub. Komandanın heyətində olan Yuri Kolesnik, Pavlo Krepostniak və Maksim Horotinets gümüş medalı komandanın aktivinə yazdırıblar.

Yarışda üçüncü yeri 1708 xal toplayan Fransa millisi qazanıb. Fransa yığmasının heyətində bu uğura Eduard Dortomb, Klement Qreffier, Andre Pyer Loren Kussiq imza atıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama