Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhərində 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.