Modern.az

Dənizdə 1 nəfər batdı - axtarış aparılır

Dənizdə 1 nəfər batdı - axtarış aparılır

29 İyul 2017, 18:01

Dənizdə 1 nəfər batıb, hazırda vətəndaşın axtarışı aparılır.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu