"Əlbəttə, bu, finala bərabər oyun olacaq. Cavab görüşü həm "Şerif", həm də "Qarabağ" üçün çox vacibdir. Kim uduzsa, Çempionlar Liqasından kənarda qalacaq, kim udsa, yoluna davam edəcək". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu "Şerif"in baş məşqçisi Roberto Bordin bildirib.
Baş məşqçi vurğulayıb ki, "Qarabağ" topu nəzarətdə saxlayan və meydanda yaxşı hərəkət edən çox güclü komandadı: "Biz onlarla Bakıdakı kimi çox diqqətli olmalıyıq. Bu dəfə xeyrimizə olan fakt evdə oynamağımızdır".
"Şerif"lə "Qarabağ" arasındakı cavab görüşü avqustun 1-də Tiraspolda keçiriləcək. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb - 0:0.
Modern.az