Modern.az

Xəyyam Nisanov Heydər Əliyev Mərkəzinin parkında konsert verib

Xəyyam Nisanov Heydər Əliyev Mərkəzinin parkında konsert verib

Aktual

30 İyul 2017, 16:34

Ötən şənbə günü Heydər Əliyev Mərkəzinin parkında Xəyyam Nisanovun solo konserti olub.

 

Modern.az xəbər verir ki, mərkəzin parkında həftəsonları təşkil olunan ənənəvi istirahət proqramları çərçivəsində bu dəfə Xəyyam Nisanov gözəl mahnılar və şou proqramını canlı ifası ilə tamaşaçılara təqdim edib.

 

İki saata yaxın davam edən konsertdə Mərkəzin parkında dincələn yüzlərlə sakin və qonaqlar gözəl həftəsonu keçirib.

 

Qeyd edək ki, Mərkəzin parkında hər həftə müxtəlif əyləncə və istirahət proqramları təşkil olunur. Bu tədbirlərə giriş sərbəstdir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama