Modern.az

Seçki günü iki nəfər öldürüldü

Seçki günü iki nəfər öldürüldü

30 İyul 2017, 21:27

Venesuelada keçirilən seçkidə ölüm halı qeydə alınıb. Modern.az "RİA Novosti"yə  istinadən xəbər verir ki, ölkənin Merida ştatında seçki məntəqəsinin yaxınlığında iki nəfər qətlə yetirilib.

 

Məlumata görə, öldürülənlərdən biri seçki keçirilən təhsil mərkəzinin mühafizəçisi olub.

 

Bu gün Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir, seçkilər ərəfəsində küçə etirazlarına qadağa qoyub. 

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu