Modern.az

UNEC magistrləri üçün Avropa əmək bazarına çıxış imkanı                   

UNEC magistrləri üçün Avropa əmək bazarına çıxış imkanı                   

31 İyul 2017, 10:49

UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər.

Modern.az xəbər verir ki, bu üstünlüyü onlara UNEC Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD təşkilatı verib. Belə ki, MBAproqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED - Global Talent Network” adlı işə düzəlmə şəbəkəsi vasitəsi ilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə biləcəklər.

Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri bu qlobal portala daxil olmaq üçün //unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.azdomeynli email ünvanını UNEC Biznes Məktəbinə müraciət etməklə əldə edə bilərsiniz.

Magistrlər portalda qeydiyyatdan keçdikdən həmən sonra Avropa Birliyi ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlaya biləcəklər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindənUNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu