Modern.az

Hacıqabul QƏTLİAMI - Bir ailədən 4 nəfəri güllələyən qatil özünü niyə öldürdü...

Hacıqabul QƏTLİAMI - Bir ailədən 4 nəfəri güllələyən qatil özünü niyə öldürdü...

31 İyul 2017, 11:29

Hacıqabulda yaşayış evinə silahlı basqın edən şəxsin özünü öldürdüyü təsdiqlənib. Ehtimal olunur ki, o, ələ keçməmək üçün özünü də güllələyib.

 

Bu barədə Hacıqabul rayonu icra başçısının müavini Əslan Səmədov bildirib. 

 

O hazırda istintaq tədbirlərinin həyata keçirildiyini qeyd edib. Eyni zamanda, hadisə ilə bağlı cinayət işi açıldığını bildirib. 

 

Ötən gün Hacıqabuldakı Bayram İbrahimov küçəsində yerləşən həyətdə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni Mübariz Mehdiyev adlı şəxs törədib. Onun qətliamı qisasçılıq məqsədilə törətdiyi bilirilir.

İlkin məlumata görə, basqınçı Mübarizlə Qəmbərovlar ailəsindən Moskvada alver edən Namiq arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M.Mehdiyev Hacıqabuldakı evə hücum edərək, Qəmbərovları güllələyib. Qətliamı törədən şəxs həbsdən yenicə çıxıbmış.

Güllələnən ailənin üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu