Modern.az

Lənkəranda 5 günlük qız uşağının müəmmalı ölümü - Onu su quyusuna kim atıb...  

Lənkəranda 5 günlük qız uşağının müəmmalı ölümü - Onu su quyusuna kim atıb...   

31 İyul 2017, 12:02

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda körpənin ölümü ilə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, uyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu