Modern.az

Şəkidə meşə yanğını söndürülüb, Yenilənib

Şəkidə meşə yanğını söndürülüb, Yenilənib

31 İyul 2017, 22:12

Şəkidə baş verən yanğın tam söndürülüb. Modern.az Fövqaladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu gün günorta saat 13:35 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göynük meşəbəyliyinin 2 saylı dolayında və həmin əraziyə bitişik rayonun Baqqal kənd bələdiyyəsinə məxsus kol-kos və quru ot sahələrində baş verən yanğın axşam saat 20:25 radələrinə tam söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 18 hektar ərazidə kol-kos və quru ot yanıb. Faktla bağlı araşdırma aparılır.

 

19:51

 

Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında baş vermiş yanğın lokallaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın baş verən əraziyə nazirliyin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin, habelə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Hava şəraitinin küləkli olması səbəbindən yanğının söndürülməsində çətinliklər yaransa da, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğını lokallaşdırmaq mümkün olub. Meşənin kol-kos ərazisində baş verən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.

 

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb vətəndaşların odla ehtiyatsız davranması olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu