İyulun 31-də saat 19 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini Zamiq İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı və Kijəbə qəsəbə sakini Yaşar Xanmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində Z.İsmayılovun 3 sərnişini, Y.Xanmədovun isə 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Astara RPŞ tərəfindən araşdırma aparılır.