Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Kür çayında batmış şəxsin meyitini tapıblar. Modern.az Kür çayında batan şəxs Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Ağamurad Hidayət oğlu Bayramlı olub.
Məlumata görə, A. Bayramlının meyiti batdığı yerdə aşkar edilib.
18:01
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərinin ərazisində Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Nazirlik bildirir ki, əlavə məlumat veriləcək.
Modern.az