Modern.az

Paytaxtdakı qəzada ölən şəxs baş nazirin müavininin nəvəsi deyil - YENİLƏNİBVİDEO

Paytaxtdakı qəzada ölən şəxs baş nazirin müavininin nəvəsi deyil - YENİLƏNİB - VİDEO

3 Avqust 2017, 23:32

Paytaxtda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

 

“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.  

 

22:13

 

Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan  çırpılıb. Daha sonra “Mercedes Gelandewagen”  yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər ölüb.

 

Qəzadan sonra avtomobildə yanğın baş verib.  Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

 

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu