Modern.az

Azərbaycana meteorit axını

Azərbaycana meteorit axını

3 Avqust 2017, 22:29

Bu ay planetin sakinləri astronomik fenomenin şahidi olacaqlar. Modern.az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

 

Sözügedən axın hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən, onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

 

Keçən ildən fərqli olaraq, bu il Yer kürəsinin sakinləri daha az “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecələr müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə əngəl törədəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu