Modern.az

"Qəbələ" Avroliqada mübarizəni dayandırıb

"Qəbələ" Avroliqada mübarizəni dayandırıb

3 Avqust 2017, 22:56

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları keçirilir. Modern.az  xəbər verir ki, Avroliqada yeganə təmsilçimiz olan “Qəbələ” Yunanıstan “Panatinaikos” klubu ilə qarşılaşıb. Oyunun 52-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Monrozun qapı qarşısına ötürdüyü top "Panatinaikos"un müdafiəçisi Moledoya dəyərək qapıya daxil olub. Amma "Qəbələ"nin qol sevinçi uzun sürməyib. Oyunun 63-cü dəqiqəsində "Qəbələ"nin qapısı qarşısına ötürülən topu Lod qola çevrilib. Müdafiəçilərin diqqətində kənar qalan Lod topu qapıya göndərib.

Oyunun 66-cı dəqiqəsində "Qəbələ" qapısında 2-ci qolu görüb. "Qəbələ" müdafiəsini çaş-baş salan Kabazes "Panatinaikos"u hesabda önə keçirib.

Qeyd edək ki, Afinada keçirilən ilk matç da  yunanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da hər iki oyunda məğlub olan "Qəbələ" Avroliqada mübarizəni dayandırıb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu